HƏMAS heyəti Qahirədə - Atəşkəs...

HƏMAS heyəti Qahirədə -

HƏMAS Qahirəyə nümayəndə heyəti göndərib. Onlar Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəsin əldə olunmasını müzakirə edəcəklər.

Bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat verilib.

"Müqavimət hərəkatı HƏMAS-ın rəhbərliyinin nümayəndələri Qahirəyə gəlib və artıq Misir rəsmiləri ilə Qəzzada atəşkəsin əldə olunması, həmçinin israilli girovların fələstinli məhbuslarla mübadiləsi üzrə hərtərəfli razılaşmanın əldə edilməsi istiqamətində danışıqlara başlayıblar", – deyə məlumatda bildirilib.

HƏMAS qeyd edib ki, onların nail olmağa çalışdığı razılaşma İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını və anklavın bərpasının başlanmasını nəzərdə tutmalıdır.

Mənbə: axar.az