Paşinyan Trampla görüşə və səhər yeməyinə dəvət edilib

Paşinyan Trampla görüşə və səhər yeməyinə dəvət edilib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş məsləhətçisi Arye Laytstounu qəbul edib.

Məlumata görə, hökumət rəhbəri Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, bu gün praktiki mərhələsinə start verilən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ( TRIPP, Zəngəzur dəhlizi) layihəsinin icrasının buna böyük töhfə verəcəyini bildirib.

Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması, eləcə də regional əlaqənin təmininə yönəlmiş addımların atılmasında oynadığı rolu diqqətə çatdırıb.

Arye Laytstoun baş nazir Paşinyana ABŞ-nin Milli Dua səhər yeməyində iştirak və Prezident Trampla görüş üçün dəvətnamə təqdim edib.

Baş məsləhətçi vurğulayıb ki, görüş Ermənistan-ABŞ əlaqələrinə və onların gələcək inkişafına yeni təkan verəcək. Bildirilir ki, tərəflər regional proseslər və son hadisələr ətrafında da fikir mübadiləsi aparıblar.

Mənbə: azxeber.com