Tezliklə - Kreml üçtərəfli görüşün olacağını bildirdi

Tezliklə - Kreml üçtərəfli görüşün olacağını bildirdi

Tezliklə üçtərəfli danışıqların yeni mərhələsi keçiriləcək.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə bildirib.

Kremlin sözçüsü deyib ki, görüş tezliklə baş tutacaq, lakin tarixlə bağlı hələlik dəqiq məlumat yoxdur.

10-11 noyabr tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, görüşün əsas mövzusu Avropa təhlükəsizlik arxitekturası olub. O, həmçinin qeyd edib ki, tərəflər Rusiya və Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər və konkret şərtlər tezliklə açıqlanacaq.

Mənbə: publika.az