İran parlamentinin deputatı cümə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin İrana buraxılmasının ölkənin təhlükəsizliyinə zidd olacağını bildirib və onu casusluqda ittiham edib.
“Artıq sübuta yetirilib ki, MAQATE-nin baş direktoru Rafael Qrossi arzuolunmaz şəxsdir və casusdur. Belə bir şəxsin İrana buraxılması ölkənin təhlükəsizliyinə ziddir və onun maraqlarına uyğun deyil”, – deyə Əlirza Səlimi bildirib.
Parlamentin Rəyasət Heyətinin üzvü olan Səlimi, həmçinin MAQATE-ni, xüsusilə İranın nüvə obyektlərinə hücumlardan sonra, ölkə qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Mənbə: www.aznews.az