Bakı. Trend:
Varşava hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya öz qoşunlarını göndərmək niyyətində deyil.
Bu barədə Polşanın Baş naziri Donald Tusk Polşada keçirilən NATO-nun "Koalisiya 26.2" təlimlərini şərh edərkən deyib.
"Polşa bu koalisiyada belə bir formatda iştirak etmir. Əvvəldən Vladimir Zelenski ilə birlikdə müzakirə etmişdik ki, Polşa hərbçiləri Ukraynada olmayacaq", – deyə D. Tusk bildirib.
"Koalisiya 26.2" adlı təlimlər noyabrın 9-dan 22-dək Polşada keçirilir. Təlimlərdə 11 ölkədən 2,8 min hərbçi iştirak edir. Manevrlər "İstəklilər koalisiyası" çərçivəsində Böyük Britaniya və Fransanın komandanlığı altında yaradılmış Ukrayna üçün Çoxmillətli Qüvvələrin (Multinational Force Ukraine, MNF-U) himayəsi altında təşkil olunur.
Mənbə: az.trend.az