Ermənistanın yeni Konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurası artıq konstitusion qurum statusuna malik olmayacaq. Bununla belə, ölkədə təhlükəsizlik məsələləri üzrə müvafiq struktur fəaliyyətini davam etdirəcək.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 19-da jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni sistemdə təhlükəsizlik məsələləri üzrə baş müşavir vəzifəsinin yaradılması nəzərdə tutulur.
“Başqa bir işlə məşğul olacağımı istisna etmirəm. Bu, baş nazirin səlahiyyətində olan məsələdir. Müvafiq təklifi baş nazir etməlidir”, – deyə Simonyan bildirib.
Beləliklə, Simonyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə başqa vəzifədə çalışmasını istisna etməyib. Lakin Paşinyanın ona konkret vəzifə təklif edib-etməyəcəyi hələ məlum deyil.
Mənbə: bizim.media