"Biz taleyüklü qərarlar qəbul etməliyik. Biz xalqımızın qarşısında öhdəlik götürmüşük: yeni Konstitusiya və sülh".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
O, sülhə gedən yolda müxalifəti maneə kimi göstərib: "Son sülhə mane olan müxalifətdir. Bizim iki yolumuz var: ya ictimai təzyiq yaradırıq, müxalifət isə bu rolu oynamaqdan imtina edir, ya da siyasi prosesləri elə bir istiqamətdə aparırıq ki, müxalifətin bu hissəsi parlamentdə olmasın".
Mənbə: unikal.az