Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?

Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?

AŞPA-nın 7 iyunda Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı hesabatında qeyd olunur ki, seçki kampaniyası zamanı xarici dövlət seçiciləri müxalifətə səs verməyə təşviq etmək üçün Ermənistana iqtisadi məhdudiyyətlər tətbiq edib.

Bunu Parlamentin spikeri Ruben Rubinyan noyabrın 17-də Milli Məclisin iclasında bildirib.

Hesabatın bu bəndini şərh edən Rubinyan, xüsusilə müxalifəti xarici təsirlərlə əlaqədə ittiham edib. Lakin o, hansı ölkəni nəzərdə tutduğunu dəqiqləşdirməyib.

"Gəlin bunun nə olduğunu izah edək. AŞPA hesabatında niyə məhz bunun deyildiyini izah edək", - deyə Milli Assambleyanın rəhbəri müxalifət deputatlarına müraciət edərək bildirib.

Müəllif: Tural

Mənbə: publika.az