ABŞ kəşfiyyatı İranın Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı kimyəvi silah və ya radioaktiv materiallardan istifadə edilən “çirkli bomba” ilə hücum variantlarını nəzərdən keçirdiyinə dair məlumatlar əldə edib.
Bu barədə "CNN" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, iddia edilən planlarda Vaşinqtonda konkret məkanlar və potensial hədəflər göstərilib. Bu məlumatlar ABŞ hakimiyyətini mümkün hücumlara qarşı qabaqlayıcı tədbirlər görməyə vadar edib.
Bununla belə, rəsmilər hücumun qaçılmaz olduğuna dair sübut olmadığını bildiriblər. Ağ Ev də hazırda ABŞ ərazisinə qarşı təsdiqlənmiş real təhlükənin olmadığını açıqlayıb.
Mənbə: publika.az