“Ukrayna müharibədə qalib gələcək” - Şahzadə Harri

“Ukrayna müharibədə qalib gələcək” -

Şahzadə Harri Lvovda ukraynalı hərbçilərə Ukraynanın müharibədə qalib gələcəyini bildirib.

Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Ukraynaya hər dəfə qayıdanda burada xoş qarşılandığımı hiss edirəm. Siz bu müharibədə qalib gələcəksiniz və bundan sonra uğur qazana biləcəksiniz" – deyə Sasseks hersoqu deyib.


Qeyd edək ki, Şahzadə Harri ötən gün Ukraynaya növbəti dəfə səfər edib. O, Lvovda keçirilən ümumukrayna "Invictus Games" (Məğlubedilməzlər Oyunları) yarışlarını izləyib.


Mənbə: bizim.media