Tramp son iki həftə ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, hər iki lider ABŞ prezidentini İrana qarşı hücumları bərpa etməməyə çağırıb. Lakin Tramp bununla bağlı heç bir öhdəlik götürməyib.
Məlumata görə, İsrail isə İrana qarşı yeni hərbi əməliyyat keçirilməsi üçün Vaşinqtona təzyiqləri davam etdirir. Mossad rəhbəri Roman Qofmanın bu məqsədlə ABŞ-a gedərək MKİ direktoru Con Retkliff ilə görüşdüyü bildirilir.
Mənbə: bizim.media