İrlandiyada keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının media otağından görüntülər yayılıb.
Məhz bu məkanda sammiti işıqlandıran jurnalistlər fəaliyyət göstərir, toplantıdan hazırlanan xəbərlər, reportajlar və canlı yayımlar dünyanın müxtəlif ölkələrinə çatdırılır.
Beynəlxalq media nümayəndələrinin çalışdığı bu otaq mühüm siyasi hadisənin dünyaya təqdim olunduğu əsas mərkəzlərdən biridir.
Qeyd edək ki, media mərkəzi Dublindəki Convention Centre binasında yerləşir.
Mənbə: qafqazinfo.az