SON DƏQİQƏ! Əbu-Dabidə tarixi sammit başladı

SON DƏQİQƏ! Əbu-Dabidə tarixi sammit başladı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə kritik üçtərəfli danışıqlar start götürüb.

Musavat.com xəbər verir ki, əsas raunddan öncə Kiyev Qərb müttəfiqləri ilə geniş tərkibli ilkin məsləhətləşmələr həyata keçirib.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Rusiya ilə görüşdən əvvəl Ukrayna, Avropa İttifaqı və ABŞ nümayəndələrinin hazırlıq toplantısının başladığını elan edib.

Umerovun verdiyi məlumata görə, ilkin məsləhətləşmələrdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri yer alıb.

Görüşə həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də daxil olub.

"Rusiya tərəfi ilə danışıqların növbəti mərhələsinə keçməzdən əvvəl mövqelərimizi dəqiqləşdirir və bütün addımlarımızı müttəfiqlərimizlə koordinasiya edirik", - deyə Rustem Umerov vurğulayıb.

Qərb müttəfiqləri ilə aparılan bu məsləhətləşmələrdən dərhal sonra Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli masada taleyüklü görüş keçirilir.

Mənbə: musavat.com