ABŞ administrasiyası İranla münaqişənin nizamlanmasına kömək etməsi üçün Çinə müraciət edib.
Bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, müraciət ABŞ-ın maliyyə naziri Skott Bessent tərəfindən edilib. O, Pekindən müharibənin başa çatdırılması üçün Tehrana təsir imkanlarından istifadə etməyi xahiş edib. Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp da bu müraciəti dəstəkləyib.
“Vəziyyətdən xəbərdar olan amerikalı məmurun sözlərinə görə, Çin bu mesajı Tehrana çatdırıb”, – nəşrin materialında qeyd olunub.
Hüseyn İbadlı
Mənbə: publika.az