Son 48 saatda 12 həmkarı ilə telefonla danışdı

Son 48 saatda 12 həmkarı ilə telefonla danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində 12 ölkədən olan həmkarları ilə telefon danışıqları aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı iranlı nazir sosial şəbəkə hesablarında açıqlayıb.

Onun sözlərinə görə, söhbət zamanı regiondakı vəziyyət, eləcə də ABŞ və İsrailin fəaliyyətlərinin nəticələri müzakirə edilib:

“Son 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan 12 həmkarımla ayrı-ayrı telefon danışıqları zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

Mənbə: qafqazinfo.az