Roma Papası XIV Leo Cənubi Amerika ölkələrinə apostol səfəri çərçivəsində Uruqvaya gəlib. Bu, təxminən 40 ildən sonra Roma Papasının bu ölkəyə ilk səfəridir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Uruqvayın "Observador” qəzeti məlumat yayıb.
Pontifik Montevideoda təntənəli şəkildə qarşılanıb. Onun Uruqvayda üç gün qalacağı, prezident Yamandu Orsi ilə görüşəcəyi, həmçinin Montevideo, Paysandu və Florida şəhərlərində dini mərasimlər keçirəcəyi gözlənilir.
Uruqvaydan sonra XIV Leo Argentinaya, daha sonra isə Peruya səfər edəcək. Peruda noyabrın 17-dək davam edəcək səfər çərçivəsində pontifik Lima, Çiklayo, Kusko və Pukalpaya baş çəkəcək.
Papa səfərin Latın Amerikası xalqları arasında birliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Mənbə: azxeber.com