Ukrayna və Rusiya danışıqlar masasına qayıdır - Görüşün tarixi açıqlandı

Ukrayna və Rusiya danışıqlar masasına qayıdır - Görüşün tarixi açıqlandı

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton görüşdə vasitəçi rolunu üzərinə götürəcək. Müzakirələrdə müharibədən sonrakı təhlükəsizlik, gərginliyin azaldılması, humanitar təşəbbüslər və sülh nizamlanmasına dair növbəti addımlar diqqət mərkəzində olacaq

Mənbə: publika.az