“Mən “Mister Veto” olacağam” - Tramp

“Mən “Mister Veto” olacağam” - Tramp

ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərində demokratların qələbə qazanacağı təqdirdə “Mister Veto”ya çevriləcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “New York Post” qəzetinin “Pod Force One” podkastında çıxışı zamanı bildirib.

Müsahibədən bir hissə “Fox News” telekanalında nümayiş olunub:

“Əgər bu baş verərsə, güman edirəm ki, mən “Mister Veto” olacağam. Mən onların (demokratların) mövqelərini möhkəmləndirməsinə imkan verməyəcəyəm, sonra isə çox güman ki, sövdələşmələr bağlayacağıq”.

Tramp əlavə edib ki, hadisələrin bu ssenari üzrə inkişaf edəcəyi təqdirdə ona təqdim olunan qanun layihələrinə veto qoymağı planlaşdırır:

“Bir-iki aydan sonra qanunvericilərin təşəbbüsləri “zibilə çevriləcək” və bundan sonra onlar razılığa gəlməyə məcbur olacaqlar”.

Xatırladaq ki, “Axios” portalı bundan öncə məlumat yayıb ki, respublikaçılar Konqres seçkilərində məğlub olacağı təqdirdə Tramp İrandan qisas ala bilər. Nəşrin məlumatına görə, Ağ Ev rəhbəri özünü “təhqir olunmuş” hiss edərək bu ölkəyə qarşı kəskin və cəsarətli addımlar ata bilər.

Mənbə: qafqazinfo.az