İran danışıqlar zamanı Hörmüz boğazının açılması planının həyata keçirilməsi müddətini iki günə qədər azaltmağa razılaşıb.
Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına açıqlamasında bildirib.
“Biz Omanla birlikdə Hörmüz boğazında müəyyən etdiyimiz yeni gəmiçilik marşrutunun tanınmasını və digər marşrutların bağlanmasını şərt kimi irəli sürürük”, — deyə o bildirib.
İranın xarici işlər nazirinin sözlərinə görə, boğazın İranın şərtləri əsasında açılması Vaşinqtonla həllini tapmamış məsələlər üzrə danışıqların bərpasına zəmin yaradacaq.
Hüseyn İbadlı
Mənbə: publika.az