“Rusiyanı sat” təklifi – Lukaşenkonun cavabı belə oldu

“Rusiyanı sat” təklifi –

Vəziyyət nə qədər çətin olsa da, Belarus Rusiyadakı qardaşlarına heç vaxt xəyanət etməyəcək.

“RİA Novosti”yə istinadən xəbər verilir ki,bunu Belarus prezidenti Aleksandr Lukaşenko adı açıqlanmayan qüvvələrin təklifinə cavab olaraq deyib.

“Hərbi əməliyyatın getdiyi bu çətin dövrdə hər cür söhbətlər gedir. Mən birmənalı şəkildə demişəm: biz xain deyilik. Biz heç vaxt qardaşlarımıza xəyanət etməyəcəyik”, - deyə Belarus lideri bildirib.

O əlavə edib ki, Minsk həmişə Moskvanın köməyinə gəlməyə hazırdır.

Müəllif: Tural

Mənbə: publika.az