ABŞ prezidenti Donald Tramp Ağ Evdə aparılan geniş tikinti-təmir işlərini tənqid edən sabiq prezident Barak Obamaya cavab verib.
Musavat.com xəbər verir ki, o, Obamanı "iyrənc prezident" adlandırıb.
Xatırladaq ki, Demokratların seçki kampaniyası mitinqində ABŞ-ın keçmiş prezidenti Trampın dövründə Ağ Evin təmirini "Səddam Hüseynin çizkeyk fabriki açması" ilə müqayisə edib.
Tramp isə bu müqayisəyə belə cavab verib: "Obama kimi adamlar çirki və çirkinliyi fərq etmirlər. O, binanın dağılmış ornamentlərini görməyəcək. Ağ Ev Amerikanın simvoludur, təmiz olmalıdır, sütunlar sındırıla bilməz, kərpiclər düşə bilməz".
Mənbə: musavat.com