Xəbər verdiyimiz kimi, dünən Serbiyada keçirilmiş parlament seçkilərində ölkənin sabiq Prezidenti Aleksandr Vuçiçin lideri olduğu “Birləşmiş Serbiya” koalisiyası məğlub olub.
Vuçiçin 12 illik hakimiyyətinin sona çatdığı elan edilən kimi paytaxt Belqradda və ölkənin digər şəhərlərində bayram şənlikləri keçirilib.
İnsanlar fişənglər atıb, məşəllər yandırıb, küçələrdə və şəhərlərin mərkəzi meydanlarında rəqs ediblər. Seçkilərin qalibi olan “Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir” hərəkatının tərəfdarları da vətəndaşlara qoşulublar.
Xatırladaq ki, oktyabrın 25-də Serbiyada Milli Assambleyaya (Xalq Skupşinası) növbədənkənar parlament seçkiləri keçirilib. Protokolların 95-nin emal edilməsindən sonra səslərin 52,27%-ni “Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir” hərəkatının, 39,48%-ni isə Vuçiçin “Birləşmiş Serbiya” koalisiyasının topladığı bildirilir. Vuçiç özü də parlament seçkilərində məğlubiyyətini etiraf edib.















Mənbə: qafqazinfo.az