Seçkilərin nəticəsindən də göründüyü kimi, üçbaşlı müharibə partiyası (revanşistlər nəzərdə tutulur-red) məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında canlı yayım zamanı deyib.
O qeyd edib ki, Ermənistan kənardan idarə olunan casus müxalifətini məhv etməlidir.
“Ermənistanda yeni, dövlətyönümlü müxalifət formalaşmalıdır. Lakin bunu hökumət etməməlidir. Yeni müxalifətin formalaşması ilə bağlı ictimai dinləmələr təşkil edilməlidir”, - deyə o bildirib.
Müəllif: Asif
Mənbə: publika.az