Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli rəsmilərinin İrana səfəri planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri açıqlayıb.
Onun sözlərinə görə, İrana səfər edəcək rəsmilər Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalındır.
Baqeri bildirib ki, rəsmilər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəklər. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Mənbə: publika.az