Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala

ABŞ prezidenti Donald Trampın Moskvaya mümkün səfəri hələlik müzakirə olunmur. Hazırda diqqət noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçiriləcəyi Çinin Şençjen şəhərində mümkün təmaslara yönəlib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə müsahibəsində bildirib.

“Hazırda bu barədə söhbət getmir, indi hamı Şençjenə diqqət yetirir”, – deyə Kreml nümayəndəsi Trampın Rusiyanın paytaxtına mümkün səfəri ilə bağlı suala cavabında bildirib.


Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin avqustunda Alyaskada keçirilən Rusiya-ABŞ sammiti zamanı amerikalı lideri Moskvaya dəvət edib.

APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək. Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Tramp arasında mümkün görüşə hazırlaşdığını bildirib.

Mənbə: bizim.media