Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.
Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.
Mənbə: azxeber.com