Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb

Almaniya kansleri Fridrix Merts ABŞ-ın Ukraynaya yardım göstərməməsinin Avropa İttifaqı ölkələrinin büdcələrinə ciddi yük yaratdığını bildirib. O, müharibə başa çatana qədər Kiyevə maliyyə dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

Merts bu barədə “Bloomberg”ə danışıb.

“Bu, həqiqətən də büdcələrimiz üçün böyük yükdür, Avropa İttifaqı üçün ciddi problemdir. Lakin biz bunu edirik və münaqişə başa çatana qədər etməyə davam edəcəyik”, - deyə kansler bildirib.

Merts əlavə edib ki, Almaniya müttəfiqləri ilə birlikdə ABŞ-ın dəstəyi olmadan Ukraynanın müdafiə xərclərini və hərbi təchizatını maliyyələşdirir.

Müəllif: Adəm

Mənbə: publika.az