İranın Xarici İşlər Naziri Abbas Əraqçi Tehranın rəsmi təklifinin qüvvədə qaldığını bəyan edib.
İRNA və beynəlxalq KİV-lərin verdiyi məlumata görə, İran diplomatiyasının rəhbəri ABŞ-ın qoyulan şərtləri yerinə yetirəcəyi təqdirdə gəmiçilik üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının açılacağını bildirib.
Əraqçinin sözlərinə görə, gəmiçilik marşrutunun açılmasından sonra — yeddinci gün Tərəflər arasında dondurulmuş diplomatik danışıqların növbəti mərhələsi bərpa edilə bilər.
Mənbə: bizim.media