Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Sözügedən təşəbbüslə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb və qəbul olunub.

Mənbə: publika.az