Laos Prezidenti Fəxri xiyabanda - Fotolar

Laos Prezidenti Fəxri xiyabanda - Fotolar

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit bu gün Fəxri xiyabanı ziyarət edib.

Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.



Mənbə: qafqazinfo.az