Rəsmi Moskva Ukraynanın "Yandex"in data mərkəzlərinə hücumları misli görünməmiş adlandırıb

Rəsmi Moskva Ukraynanın "Yandex"in data mərkəzlərinə hücumları misli görünməmiş adlandırıb

"Yandex"-in data mərkəzlərinə hücum misli görünməmiş miqyasda olub.

Bunu Rusiyanın rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev bildiriib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi və Müdafiə Nazirliyi obyektlərin qorunması ilə bağlı məsələləri həll edir və "Yandex"-ə kömək etmək üçün sənayenin müxtəlif sahələrindən nümayəndələr qoşulub.

Qeyd edək ki, ötən həftə Ukrayna Yandex-in Ryazan, Kaluqa və Vladimir vilayətlərində yerləşən data mərkəzlərinə dron zərbələri endirib. Nəticədə data mərkəzlərinə böyük ziyan dəyib.Ryazan və Kaluqadakı data mərkəzlərə zərbələrdən sonra Rusiyanın regionlarında, Vladimirdəki data mərkəzinə PUA zərbəsindən sonra Qazazıstan və Ermənistanda "Yandex" bir sıra xidmətlərinin fəaliyyəti dayanıb.

Mənbə: apa.az