Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinə doğum günü münasibətilə ünvanladıqları təbriklərə görə təşəkkür edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Putin MDB dövlət başçılarının görüşündə çıxışı zamanı ad günü təbriklərinə görə minnətdarlığını bildirərkən zarafat edib.
“Yeni il münasibətilə, üzr istəyirəm, öz yeni ilim, yəni doğum günüm münasibətilə ünvanladığınız səmimi təbriklərə görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Rusiya lideri qeyd edib.
Müəllif: Roza
Mənbə: publika.az