NATO və Avropa İttifaqının (Aİ) Rusiyanı nüvə təhdidləri ilə qorxutmağa çalışması əks nəticə verə bilər.
Bu barədə “L'Antidiplomatico” nəşri yazıb.
Bildirilib ki, Fransada tələbə etirazlarının davam etdiyi bir vaxtda prezident Emmanuel Makron hərbi güc nümayiş etdirməklə məşğuldur. Yazıda Fransanın yaxın günlərdə sualtı qayıqdan yeni “M51.3” ballistik raketinin sınaq buraxılışını həyata keçirməsi xatırladılıb.
Nəşrə görə, bir raketin sınaqdan keçirilməsi Kremlin reaksiyasına səbəb olmaq üçün kifayət deyil.
Vurğulanıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Moskvanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib. O, Rusiyanı məğlub etməyin və ölkə vətəndaşlarını qorxutmağın mümkün olmadığını vurğulayıb.
Qeyd edək ki, Fransa Avropa İttifaqında nüvə arsenalına malik yeganə ölkədir. Rusiya isə Qərb siyasətçilərini “Rusiya təhlükəsi” mövzusundan daxili siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edir və NATO ilə birbaşa qarşıdurmada maraqlı olmadığını bəyan edir.
Müəllif: Roza
Mənbə: publika.az