Azərbaycanın üstünə gələnlərin sərsəm “arqumentləri” – Türk dünyasına qarşı xain hücum

Azərbaycanın üstünə gələnlərin sərsəm “arqumentləri” –

Son aylara, elə son günlərə diqqət edəndə, aydın olur ki, Azərbaycana qarşı ən muxtəlif mərkəzlər növbəti təzyiq ssenarilərini işə salıblar. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumlar, necə deyərlər, “əllərindən gələni beş qaba çəksələrdə”, Azərbaycanın artıq altıncı ildir bayram etdiyi tarixi Zəfərinə kölgə sala bilmədilər, dövlətimizin iradəsini qıra bilmədilər. Azərbaycan prezidentinə qarşı ən muxtəlif məhkirli planların iflasa uğraması onları da ciddi şəkildə rəncid edib. Amma yenə də sakit dayanmırlar, son günlər yenə də sərsəmləyirlər. Paralel şəkildə bütün Azərbaycan düşmənlərinin qeyri-rəsmi koalisiyası hərəkətə keçib. Özü də təkcə Avropa strukturları deyil…

W9jrZTAc02s0bFiLW6fhrASF2xLo7TyGUxCv9m6i_1200.jpg (193 KB)

Diqqət edək, son günlər Azərbaycana qarşı qonşu ölkələrdən ən muxtəlif sərsəm iddiaların ortaya çıxması təsadüf sayıla bilərmi? Məsələn, Gürcüstanda Gürcü Patriarxlığı Qax rayonunun Kürmük çayı üzərində yerləşən qədim Alban məbədində Azərbaycan dövlət qurumlarının həyata keçirdiyi işlərə başını soxmağa çalışır. Təsadüftürmü? Heç şübhəsiz ki, yox. Bundan öncə Azərbaycan dövləti, Gürcüstanın işğal olunmuş, Rusiyaya birləşdirilmiş ərazilərində keçirilən “seçkiləri” növbəti dəfə saxta elan etdi. Və bunun ardınca Azərbaycana qarşı Alban məbədi üzərində təzyiq başladı.

Burada yalnız Gürcüstan daxilindəki separatçıların Azərbaycana dil uzadanlarınmı rolu var? Təbii ki, yox. Heç şübhəsiz ki, bu təziqi Azərbaycanın Gürcüstan ərazi bütövlüyünü tanımasına verilən reaksiyanın nəticəsidir. Və burada şimal qonşumuzun da heç şübhəsiz ki, barmağı var. Utanverinci budur ki, Azərbaycan dövlətinin ən çətin dönəmlərdə Gürcüstana etdiyi yaxşıqların qarşılığında bu xain iddia ortaya atılır, Gürcü Patriarxlığının əli ilə. Beləliklə, Rusiyanın Gürcüstandakı uzantıları Gürcüstanı bu təxribata çəkməyə nail olublar.

Gürcüstan rəhbərliyi də hələlik ortaya mövqə qoymur. Gürcü patriarxlığının bu sayaq davranışı və Azərbaycanın nərazi bütövlüyünə iddiası qətir şəkildə yol verilməzdir! Bir müddət öncə də Qazax rayonu istiqamətində, Keşikçidaq monastr kompleksi ilə bağlı da iddialar ortaya atmışdılar.

Gürcülərin kilsə davasından öncə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçilərinin Ağdərədə, Gəncəsər və Kərbəcərdəki Xudavəng məbədlərin ziyarətinə ermənistan tərəfdən itirazlar olmuşdu, ölkəmizə dil uzadılmışdı növbəti dəfə. Unutmamışıq, Rusiya “sülməramları”nın Qarabağda olduğu dönəmdə vaxtaşırı ermənilərinin həmin qədim alban məbədlərinə ziyarətləri təşkil olunurdu. Və bu ziyarətlər zamanı erməni separatçılarını Rusiya hərbçiləri müşayiət edirdilər. İndi ermənilər o məbədlərə uzaqdan baxır və Rusiyanın daha bir təzyiq imkanına son verilib. İndi də Qax-Zaqatala bölgəsindəki alban məbədlərinin gürcüləşdirilməsi barədə uydurmalar başlanıb.

xudaveng7.jpg (112 KB)

XVIII-XIX əsrlərdə qədim alban məbədlərini dağıdıb üzərində rus-pravoslav kilisəsinin tikilməsi, sonradan o kilsələrin ermənilərə verilməsi, erməniləşdirilməsi siyasəti Çar Rusiyasının ağlının bəhrəsi idi. İndi də ənənəvi imperiya siyasəti gizlin şəkildə davam etdirilir. Parçala və Qafqazda hökm sür, siyasəti. Azərbaycanla Gürcüstanı beləcə üz-üzə qoymağa çalışırlar, gürcü keşişlər də bu oyunun içərisində.

İran tərəfdən də bəlli təxribatlar davam edir. Azərbaycan rəsmisinin İrana səfəri zamanı ona qarşı sayğısız münasibət göstərilməsi, SEPAH generalının davranışları bu ölkənin gerçək münasibətinip bir daha ortaya qoydu. Vaxtdaşları İrəvandakı İran səfəri Şirqulaminin Zəngəzur dəhlizinə dil uzatması, Azərbaycan əleyhinə böhtanlar yağdırması, eyni zamanda İrandan Zəngəzur dəhlizinin güya ki, Amerika hərbçiləri üçün bir poliqona çevriləcəyi barədə gülünc iddialarının ortaya qoyulması da, heç şübhəsiz ki, bu, məkirli planların tərkib hissəsidir. Heç şübhəsiz ki, burada Rusiya dəst -xətti var. Çünki vaxtaşırı Rusiya və İrandan verilən bəyanatlarda bölgəyə digər qüvvələrin, konkret olaraq ABŞ-nin şirkətinin daxil olması “arzuolunmaz”, “qəbulolunmaz” sayılır.

Yəni bununla da faktik olaraq bir koalisiya təşkil olunur Zəngəzur dəhlizinə qarşı. Hansı ki, Azərbaycan dövləti 3+3 formatda əməkdaşlığı zəruri sayıb və bu istiqamətdə siyasət aparır.

bd4bf6fa09fd1bd4da1f0b31dca718bb.jpeg (367 KB)

Çox təəssüf doğuran budur ki, bəlli çevrlər, anti-Azərbaycan qüvvələr, həm də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, mütləfiqliyinin sarsılılması istiqamətində bir hərəkətə keçdilər bu ərəfədə.

Yəni, olduqca bəsit, düşük iddialar ortaya atılıb. Azərbaycanın təmsilcisinin BMT Baş Assambleyasında İsrailin baş nazirini dinləməkdə ittiham etdilər. Həmşçinin, Azərbaycanda guya baş örtüyünün qadağan olduğu barədə gülünç və əsassız iddiaları ortaya atdılar. Ortaya bir neçə dəstə çıxarıb Azərbaycana qarşı küfrlər səsləndirmələrinə şərait yaratdılar. Belə iblisanə hərəkətlər, social mediadakı iftiralar Azərbaycan-Türkiyə münasibətlərini sarsıda bilməz, sözsüz ki…Amma ürək bulandırır və yolverilməzdir!

Azərbaycan dövləti Türk dünyası üçün çox önəmli bir açar dövlətidir. Zəngəzur dəhlizinin əsas ideya müəllifi olan Azərbaycan həm də Turan dünyası üçün çox önəmli bir layihəni həyata keçirmək istiqamətində əzmkar mövqe sərcləyir. Bu yolda nə qədər sədlər aşıb, əngəlləri dəf edib dövlətimiz…Azərbaycan dövlət başçısının bu istiqamətdə sərrast siyasəti, qətiyyətli mövqi hər zaman xüsusi qeyd olunur. Elə isə bu mənsəkə, bu tamaşa nədən ötürüdür? Heç şübhəsiz ki, suları bulandırmaq, araya nifaq salmaq və Türkiyə-Azərbaycan dövlətlərinin ərsəyə gətirdiyi Türk Dövlətlər Təşkilatını sarsıtmaq, Turan dünyasının güclənməsindən imkan verməmək…

İstanbuldakı Baş Konsulluğumuz qarşısında İrana, FETÖ-ya bağlı qüvvələrin Azərbaycana qarşı iftiralar yağdırdığı saatlarda Türkiyə-Azərbaycan və Özbəkistan hərbi qüvvələrinin işğaldan azad olunmuş Qarabağda təlimləri keçirilirdi. Həmin aksiya Türk birliyinə qarşı xain addımdır, təkcə Azərbaycana qarşı əbləhlik deyil! Zamanında Azərbaycan və Türkiyəyə zərbə vura bilməyən Avropa təşkilatları, Qərb dövlətləri, eyni zamanda bölgəmizdəki türk düşmənləri bu gün bizi parçalamağa, aramıza nifaq salmağa, gücümüzü zəiflətməyə, gələcəkdə də ayrı-ayrılıqda biri bizi “yem”ə çevirməyə cəhd göstərirlər.

Türkiyədə də bəziləri bu planlardan, gerçəkliklərdən xəbərsizdirlər, küyə gedirlər, çox təəssüf ki... Azərbaycana qarşı atılan iftiralara düşüncəsiz olaraq dəstək verirlər. Bəziləri peşmanlıqlarını da ifadə eləyiblər, etiraf edibblər ki, səhv yolda olublar. Amma bu sırada bir sıra məkrli qübbələrin, xüsusilə də fars şovinizminə bağlı olan çevrələrin yenidən ortaya çıxması və Azərbaycanı gülünç şəkildə ittiham etməsi, şübəsiz ki, qardaş Türkiyəni də qayğılandırmalıdır və bu aksiyaların təşkilatçıları, sifarişçiləri son nəfərinədək ifşa olunmalıdır! Türk düşmənləri hər zaman Turan dünyasını, Türk dövlətlərini parçalamağa cəhd göstəriblər. Təsadüfi deyil ki, ötən əsrin əvvəllərində Turan yolunun kəsilməsinə nail oldular, Zəngəzurun bir hissəsini qoparmaqla…

16681401272262822671_1200x630.jpg (68 KB)

Azərbaycan isə inadlı, əzimkar addımlarla Zəngəzur dəhlizini bərpə etməyə, Turanın qapılarını taybatay açmağa yönəlik bir siyasət yürüdür. Bu sırada, Gürcüstanı da Zəngəzur dəhlizinin varlığı ilə qorxudaraq, onu da Azərbaycanla üz-üzə qoymağa çalışırlar.

Diqqət edin, erməniləri və gürcüləri də din, kilsə adı altında Azərbaycana qarşı iftiralar atmağa sövqe edilər hətta belə sərsəm iddialar Avropa paytaxtlarında, ABŞ-də müzakirə mövzusuna çevrilir. Bu tərəfdən də İran mollaları, qarydaş Türkiyədəki İran və digər ölkələrin uzantıları da “baş örtüyü qadağası” iddiası ilə dövlətimizin, Prezidentimizin üstünə gəlirlər. Bayrağında İslamın rəmzi olan, tolerantlığı ilə seçilən dövləti görün nədə ittiham edirlər, gerizəkalılar! Hədəf Türk Dünyasıdır, Türk Dövlətlər Təşkilatına üzv ölkələrin fövqəladə toplantısına və aydın mövqeyinə, içərilərindəki Türk düşmənlərinə qarşı əməliyyatlara başlamalarına ehtiyac var! Necə ki, FETÖ, PKK-ya qarşı əməliyyatlar aparılıb. Türk dövlətlərinin iki sütun dövlətini üz-üzə qoymaq istəyirlər, bu, sadə məsələ deyil, təhlkükəsizliyə təhdiddir!

Elşad Paşasoy

Mənbə: musavat.com