Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

İtaliyanın Baş nazirlik Ofisi Giorgia Meloninin süni intellekt məhsulu olan deepfake təhdidlərinə qarşı səsini hüquqi müdafiə altına almaq üçün Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət etdiyini açıqlayıb.

Açıqlamada Baş nazir Meloninin italyanca “Mən Giorgiyam” mənasını verən “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirdiyi dörd saniyəlik səs yazısını qeydiyyatdan keçirdiyi bildirilib.

Mənbə: bizim.media