Fransada məktəblilərin etirazları kütləviləşib.
Ölkə üzrə keçirilən aksiyalarda rekord sayda - 86 min nəfər iştirak edib.
Bundan əvvəl Fransanın milli təhsil naziri Eduar Jefr bildirmişdi ki, kütləvi məktəb etirazları başlayandan bəri ölkədə təxminən 200 yeniyetmə xəsarət alıb.
Etirazçılar lisey yeməkxanalarında qidalanmanın keyfiyyətinin artırılmasını, məktəblərdə smartfonlardan istifadəyə icazə verilməsini, dərslərin təşkilinin yaxşılaşdırılmasını, əlavə maliyyə ayrılmasını və şagirdlərin məktəb rəhbərliyi ilə açıq dialoq aparmaq imkanının yaradılmasını tələb edirlər.
“Le Figaro”nun məlumatına görə, oktyabrın 2-də 600, oktyabrın 1-də isə 1949 etirazçı saxlanılıb.
Fransada kütləvi etirazlar sentyabrın 17-də Paris məktəblərindən birində başlayıb və daha sonra ölkənin digər bölgələrinə yayılıb.
Müəllif: Adəm
Mənbə: publika.az