Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski

Putin əmr edib ki, məktəblər də vurulsun -
Vladimir Putin Rusiya hərbçilərinə Ukrayna şəhərlərinə hava hücumları zamanı qaydalara məhəl qoymamağı əmr edib.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Faynənşl Tayms”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları bu məlumatı Kremlin nümayəndələri arasındakı danışıqları ələ keçirdikdən sonra əldə edib.
"Əvvəllər əsas hədəflər enerji və hərbi obyektlər idisə, hazırda Rusiya dronları getdikcə daha çox məktəblərə, xəstəxanalara, telekommunikasiya infrastrukturuna və məlumat mərkəzlərinə hücum edir”, - Zelenski bildirib.

Mənbə: aktual.az