ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) rəhbərliyinə təzyiqi artırmağa hazırlaşır.
Tramp FES sədri Jerome Povell, eləcə də qurumun rəhbərlərindən Lisa Kuk və Mixael Barra qarşı tənqidlərini davam etdirir.
FES-in Vaşinqtondakı baş qərargahının yenilənməsi ilə bağlı hesabatda layihənin xərclərinin təxminən 1 milyard dollar artmasına baxmayaraq, Povell və ya digər rəhbərlərlə bağlı hüquqi pozuntuya dair kifayət qədər sübut olmadığı bildirilib.
FES-in növbəti faiz qərarı oktyabrın 28-də açıqlanacaq.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az