“Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi”.
Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi.
Prezident vurğulayıb ki, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın.
Dövlət başçısı vurğulayıb ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.
Mənbə: qafqazinfo.az