Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.
xxx
Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışından vacib detallar:
-Biz dünyada analoqu olmayan Qələbə qazandıq
-Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-Bu gün Azərbaycan beynəlxalq arenada böyük hörmətə layiq olan bir ölkədir
-Əsas vəzifələrdən biri hərbi qüdrətimizin artırılmasıdır. Bu, hər zaman, hər bir ölkəyə lazımdır. Çünki xalqımız bu faciə ilə üzləşib
-Biz şanlı Qələbə qazandıq və bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur
-Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
-Biz iqtisadi müstəqilliyi büsbütün təmin etmişik və bu gün beynəlxalq cəmiyyətin olduqca nüfuzlu üzvüyük. Talehyimiz öz əlimizdədir
-Hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir
-Biz dünyada presedenti olmayan Qələbə qazandıq. Üstəlik, bir daha təkrar edirəm, təkbaşına
-Bizim üstünlüyümüz ondadır ki, bəzi ölkələrdən fərqli olaraq, bizim əfsanələr yaratmağa ehtiyacımız yoxdur
Mənbə: publika.az