Ankara Moskva ilə yüksək səviyyəli təmas qurmaq istəyir: Türkiyənin məqsədi nədir?

Ankara Moskva ilə yüksək səviyyəli təmas qurmaq istəyir: Türkiyənin məqsədi nədir?

Ankara yaxın gələcəkdə ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Moskva ilə yüksək səviyyəli təmaslar qurmağı düşünür.

Bu barədə “RİA Novosti” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

"Moskva ilə əlaqələr mümkündür. Türkiyə Rusiya tərəfi ilə açıq dialoq kanallarını saxlayır və birbaşa əlaqələri Ukrayna ətrafındakı vəziyyət və Qara dənizdə təhlükəsizlik də daxil olmaqla, təcili regional məsələlərin müzakirəsi üçün zəruri vasitə hesab edir", - deyə mənbə bildirib.

Agentliyin mənbəsi əlavə edib ki, Ankara qarşılıqlı əlaqəni qorumaq və təşəbbüslərini irəli aparmaq üçün diplomatik imkanlardan istifadə etməyə davam edəcək.

Onun sözlərinə görə, mümkün əlaqələrin konkret vaxtı və formatı davam edən diplomatik işlər nəzərə alınmaqla müəyyən ediləcək və tərəflər arasında kanallar vasitəsilə razılaşdırılacaq.

Müəllif: Tural

Mənbə: publika.az