Ərdoğanın "Coca-Cola" ilə bağlı sualı gülüş doğurdu

Ərdoğanın "Coca-Cola" ilə bağlı sualı gülüş doğurdu

Nyu Yorkdakı Türk Evində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi görüşdə rəsmi müzakirələrlə yanaşı, əyləncəli anlar da yaşanıb.
Qlobal içki şirkətləri “Coca-Cola” və “PepsiCo”nun nümayəndələri çıxış edən zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlara zarafatla “Hansınızın bazar payı daha çoxdur?” sualını ünvanlayıb.
Ərdoğanın bu sualı toplantı iştirakçıları arasında gülüşə səbəb olub.

Mənbə: www.bakupost.az