Türkiyəli iş adamı Turhan Mildon ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Alina Habba ilə evlənir.
Bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, 42 yaşlı Alina Habba 2021-2024-cü illərdə Trampı bir sıra məhkəmə işlərində təmsil edib. Trampın ikinci dəfə prezident seçilməsindən sonra Habba Ağ Evdə prezidentin müşaviri vəzifəsində çalışıb. Daha sonra Tramp onu Nyu-Cersi dairəsi üzrə müvəqqəti ABŞ prokuroru təyin edib.
Habba 2025-ci ilin dekabrında bu vəzifədən ayrılıb və ədliyyə naziri Pam Bondinin baş müşaviri olub.
29 yaşlı Turhan Mildon isə “Miller Holding”in CEO-sudur. Məlumata görə, cütlüyün toyu sabah Nyu-Yorkda keçiriləcək. Donald Trampın da mərasimdə iştirak edəcəyi gözlənilir.


Mənbə: publika.az