ABŞ Prezidenti Donald Tramp tədbir zamanı Dövlət katibi Marko Rubionun yanında oturmasına baxmayaraq, onu tapa bilməyib.
Qəribə insidentin əks olunduğu kadrlar Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Videoda Amerika liderinin tədbirdə iştirak edənlərdən neçə dəfə “Markonun harada olduğunu” soruşduğu görünür. Bu zaman Trampın sağ tərəfində oturan dövlət katibi jestlə ona özünü göstərir.
“A, budur Marko! O, heç vaxt uzaqda deyil”, - Prezident Rubionu gördükdən sonra deyib.
Mənbə: publika.az