Katzdan Ərdoğana qarşı ittihamlar - Türkiyədən cavab gecikmədi

Katzdan Ərdoğana qarşı ittihamlar -

İsrailin müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalar verib.

Katz “X” hesabında Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışını “antisemit və təxribatçı” adlandıraraq, İsrailin özünü qorumağı bacardığını bildirib.

O, həmçinin Türkiyənin kürdlərə münasibəti ilə bağlı ittihamlar səsləndirib. Katzın açıqlamalarına Türkiyədən ard-arda sərt reaksiyalar gəlib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Katzın ifadələrini “səviyyəsiz və həddini aşan” sözlər kimi qiymətləndirib. O bildirib ki, Katzın Ərdoğanı hədəfə alan açıqlamaları Qəzzada baş verənlərin üzərini örtə bilməz.

“Tarix həmişə seriallardan öyrənilmir, xalqların yaddaşında və bəşəriyyətin vicdanında yazılır. Bu gün tarix gözlərimizin qarşısında yazılır”, - deyə Duran qeyd edib.

Müəllif: Roza

Mənbə: publika.az