Putin Berdiməhəmmədova zəng etdi - Bu məsələ müzakirə olundu

Putin Berdiməhəmmədova zəng etdi -

Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla telefon danışığı aparıb.

Bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Sərdar Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib. Öz növbəsində Türkmənistan lideri Rusiya prezidentini Dövlət Dumasına keçirilən seçkilərin uğurlu nəticəsi münasibətilə təbrik edib.

Tərəflər Rusiya ilə Türkmənistan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və münasibətlərin gələcəkdə də inkişaf etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Telefon danışığı zamanı oktyabr ayında Türkmənistanın sədrliyi ilə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Sərdar Berdiməhəmmədovun bu gün 45 yaşı tamam olub. O, 2022-ci ilin martından Türkmənistana rəhbərlik edir.

Müəllif: Adəm

Mənbə: publika.az