ABŞ Belarusla nəhəng müqavilə bağlayır - “Potaş” alacaqlar

ABŞ Belarusla nəhəng müqavilə bağlayır -

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Belarusdan kənd təsərrüfatında geniş istifadə olunan “potaş” (kalium gübrəsi) alışı ilə bağlı nəhəng müqavilə üzərində işlədiyini elan edib.

Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

“Birləşmiş Ştatlar Belarusdan kalium gübrəsinin alınması ilə bağlı kütləvi bir sövdələşmə üzərində işləyir. Qiymət hazırda Kanadaya ödədiyimizdən kifayət qədər ucuz olacaq ki, bu da fermerlərimiz və ferma sahiblərimiz üçün çox yaxşı xəbərdir. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – deyə paylaşımda bildirilir.

Mənbə: qafqazinfo.az