"Onların əla prezidenti var!" - Tramp

"Onların əla prezidenti var!" -

ABŞ Prezidenti Donald Tramp Polşa hakimiyyətinin ölkədəki vəziyyətə nəzarət etdiyini və xarici təhdidlərin öhdəsindən gələ biləcəyini bildirib.

Tramp bunu Ağ Evdə jurnalistlərin ABŞ-nin müttəfiqlərinin Rusiyadan qaynaqlanan təhdidlərdən narahat olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

"Onların əla prezidenti var. O, vəziyyətə nəzarət edir", - deyə ABŞ Prezidenti bildirib.

Mənbə: publika.az