Son anda Kiyevə səfərini ləğv etdi

Son anda Kiyevə səfərini ləğv etdi

Slovakiyanın Baş naziri Robert Fitso 18 sentyabrda Karpat zirvəsinə qatılmaq üçün Ukraynaya səfərini son anda ləğv edib.

Bu barədə "RBC-Ukraine" mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr bildirir ki, Slovakiya Baş nazirinin Ukraynaya səfəri həqiqətən də hazırlıq mərhələsində idi, lakin son anda ləğv edildi", - deyə KİV yazıb.

Nəşr həmçinin qeyd edib ki, Fitsonun Ukraynaya səfər etməkdən imtina etməsinin səbəbi sağlamlıq problemləri ola bilər.

Gülayə Mecid


Mənbə: unikal.az