TDT baş katibi Ramil Usubovla təhlükəsizlik məsələlərini müzakirə etdi

TDT baş katibi Ramil Usubovla təhlükəsizlik məsələlərini müzakirə etdi

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovla görüşüb.

Bu barədə Kubanıçbek Ömüralıyev sosial media hesabında paylaşım edib.

"Görüş zamanı regional və qlobal proseslər, TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də bu istiqamətdə birgə səylərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb", - o qeyd edib.

Mənbə: publika.az